SEMİNAR KEÇİRİLDİ

24 oktyabr 2018-ci il tarixində məktəb psixoloqu Məhbubə Uğurluyeva tərəfindən birinci sinif şagirdlərinin valideynləri üçün "Uşaqlara məktəbə adaptasiya olunmağa kömək edək" mövzusunda seminar keçirildi.Seminarda uşaqların məktəbə adaptasiya formaları, yaranan problemlər və onların aradan qaldırılması yolları, şagirdin gün rejimi mövzularına aydınlıq gətirildi. Valideynlərin sualları cavablandırıldı. Sonda UBTR Nərminə İsmayılova öz fikirlərini valideynlərlə bölüşdü və şagirdlərin xüsusi qabiliyyətlərinin inkişaf etdirilməsində valideynlərin rolunun vacibliyini vurğuladı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi