AZƏRBAYCAN XALQ CÜMHURİYYYƏTİ – DÖVLƏTÇİLİYİMİZİN BAYRAQDARIDIR

Cümhuriyyətin 100 illik yubleyinə həsr olunmuş silsilə tədbirlər davam edir. 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə  kimi daxil olmuşdur. Azərbaycan xalqı Xalq Cümhuriyyətinin ideallarını  davam  etdirərək, bu tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövlətini yaratmışdır. Şagirdlər bu şərəfli tarixi öyrənməli, sevməli və onunla fəxr etməlidir.  Bu məqsədlə, 18 oktyabr 2018-ci il tarixində  232 nömrəli tam orta məktəbdə “Azərbaycan  Xalq Cümhuriyyyəti – dövlətçiliyimizin bayraqdarıdır” adlı məktəblərarası intellektual  yarış keçirildi. Məqsəd şagirdlərə milli – mənəvi dəyərləri təbliğ etmək, onları tariximiz, mədəniyyətimiz, tarixi şəxsiyyətlərimiz haqqında maarifləndirmək, istedadlı şagirdləri üzə çıxarmaq, onların asudə vaxtlarını səmərəli təşkil etməkdir.Tədbirdə 6 məktəbin komandası iştirak etdilər. Komanda 7-9 cu sinif şagirdlərindən ibarət  6 nəfərdən təşkil olunmuşdur. Breyn Rinq III turdan ibarətdir. Suallar Xalq Cümhuriyyəti və Dövlət Müstəqilliyimiz haqqında tərtib olundu. Komandalara I, II, III yerə görə diplom, qalanlarına iştirakına görə  təşəkkürnamə verildi. 97 №li tam orta məktəbin "Qartal" komandası da UBTR və məktəb psixoloqu ilə yarışda təmsil olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi