"BİZ SÜLHƏ SƏS VERİRİK" ADLI TƏDBİR KEÇİRİLDİ

21 avqust-21 sentyabr "Sülh aylığı" çərçivəsində 21 avqust 2018-ci il tarixində 97 nömrəli məktəbin Uşaq Birliyi Təşkilatı Rəhbəri Nərminə İsmayılova tərəfindən "Biz sülhə səs veririk" adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan UBTR bildirdi ki, 21 sentyabr Beynəlxalq Sülh günüdür. BMT bu günü 1981-ci ildə təsis edib. İlk sülh günü 1981-ci ilin sentyabrında qeyd olunub. Əbədi mövzu olan sülh mövzusu bu gün torpaqlarının 20 faizi işğal altında olan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb edir. Təəssüf ki, ən sülhsevər xalqlardan biri olan, dünyanın ən tolerant ölkəsinin vətəndaşları Ermənistanın ölkəmizə təcavüzü nəticəsində öz Vətənlərində didərginə dönüblər, uzun illər ərzində qurduqları ev-eşiklərindən, topladıqları sərvətlərindən məhrum olublar. Bu illərdə Azərbaycan həmişə münaqişənin sülh yolu ilə aradan qaldırılması istiqamətində mühüm addımlar atıb. Daha sonra şagirdlərin ifasında şeirlər, mahnılar səsləndirildi. Tədbirin sonunda Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin layihəsi əsasında çəkilmiş "Şəhadət" filmi nümayiş olundu. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi