TƏDBİR KEÇİRİLDİ

Oktyabrın 5-də məktəbimizdə Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar 5"a" sinfinin rəhbəri Xatirə Əkbərovanın rəhbərliyi ilə 5"a" sinif şagirdləri tədbir keçirtdi. Şagirdlər müəllimlərə həsr edilmiş şeirlərdən parçalar səsləndirib, mahnılar ifa edib, rəqs və ədəbi-bədii kompozisiyalar nümayiş etdirdilər. Məktəbin direktoru Nigar Hüseynova müəllimləri peşə bayramı münasibətilə təbrik edərək bol nailiyyət və tşagird sevgisi arzuladı. Azərbaycan xalqının milli təfəkküründə müəllim adının həmişə uca tututlduğu və onlara böyük ehtiram göstərildiyi, Azərbaycan müəllimlərinin hər zaman ölkəmizin inkişafı və intibahı naminə fəaliyyət göstərdiyi, xalqımızın maariflənməsi və tərəqqisi yolunda yorulmadan çalışdığı qeyd etdi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi