"15 SENTYABR-BİLİK GÜNÜ"NƏ HƏSR EDİLMİŞ TƏDBİR KEÇİRİLDİ

Sentyabrın 15-də məktəbimizdə “Bilik Günü”nə həsr edilmiş tədbir keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Bilik günü və Yeni dərs ilinin başlanması ilə əlaqədar keçirilən tədbirdə məktəb kollektivi, şagirdlər, valideynlər və ictimaiyyətin nümayəndələri çıxış edərək öz xoş arzularını bildiriblər. Məktəbin direktoru əvvəlki tədris ilində məktəbin uğurlarından bəhs edərək, ildən ilə bu uğurların daha da çoxalması üçün çalışacaqlarını bildirib.Tədbirdə iştirak edən Suraxanı rayon bələdiyyəsinin sədri Rafael müəllim bütün təhsil işçilərini, müəllimləri, şagirdləri və valideynləri "Bilik günü" münasibətilə təbrik edib, onlara fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.Şagirdlərin hazırladıqları şeirlər ilə çıxış ediblər. Sonda birincilərin hazırladıqları kompozisiya söylənilib və yeni tədris ilinin başlandığını bildirən ilk zəng səsləndirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi