"AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN 100 İLLİYİ"

24 may tarixində məkktəbimizin Uşaq Birliyi Təşkilatı Rəhbəri N.İsmayılova tərəfindən "28 may - Respublika günü" və "Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi" münasibətilə hazırlanan tədbir keçirildi. Şagirdlərin ifasında şeirlər, mahnılar, kompozisiyalar səsləndirildi. Qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı müəyyən dövrlərdə tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalmışdır. 1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsi qəbul edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. 1991-ci ildə müstəqilliyinin bərpasına nail olan müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Məhəmməd Əmin Rəzulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” fikri bu gün prezidentimiz İlham Əliyevin “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir” fikri ilə bir daha öz təsdiqini tapdı.Tədbirin sonunda direktor müavini Fəridə Haqverdiyeva öz dəyərli fikirlərini bölüşdü.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi