MƏKTƏBİMİZDƏ "KİMYƏVİ LEMENTLƏRİN İNSAN ORQANİZMİNDƏ ROLU" ADLI LAYİHƏNİN TƏQDİMATI KEÇİRİLDİ

11 may tarixində məktəbimizdə tərbiyə işləri üzrə direktor müavini və kimya müəllimi F.Haqverdiyevanın rəhbərliyi ilə 9"a" sinif şagirdlərinin hazırladıqları "Kimyəvi elementlərin insan orqanizmində rolu" adlı layihənin təqdimatı keçirildi. Şagirdlər layihənin mövzusu üzrə 5 qrupda "Ca və P-nin insan orqanizmində rolu", "Mg və Y-un insan orqanizmində rolu", "Su və Zn-in insan orqanizmində rolu", "Vitaminlər" və "Minerallar" slaydlar, bülleten və bukletlər hazırladılar. Layihə təqdimatında 8 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının həkimi Arzu xanım, jurnalist İ.Kəngərli, məktəbin biologiya, kimya, ibtidai sinif müəllimləri, psixoloqu və UBR-i iştirak etdi. Münsiflər layihə haqda müsbət fikir söylədilər, maraqlı və rəngarəng olduğunu qeyd etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi