MƏKTƏBDƏ "OXU GÜNÜ" ÇƏRÇİVƏSİNDƏ GƏNC YAZIÇI AMİN SÜKUTLA "TUFLİNLƏR" KİTABININ MÜZAKİRƏSİ KEÇİRİLDİ

20.04.2018-ci il tarixdə Suraxanı rayonu N.Salamov adına 97 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini F.Haqverdiyevanın rəhbərliyi ilə, poeziya dərnəyinin rəhbəri K.Əliyevanın təşkilatçılığıyla "Oxu günü" çərçivəsində gənc yazıçı Amin Sükutla "Tuflinlər" kitabının müzakirəsi keçirildi. Tədbirdə rəhbərlik, dil-ədəbiyyat müəllimləri və V-VII sinif şagirdləri iştirak etdilər. Kitab müzakirəsinə qonaq qismində şair Elvin Paşa, "Parlaq imzalar" nəşriyyatının direktoru Nurman Tariq, redaktoruToğrul Musayev, kitabsevərlər qrupunun üzvləri İlahə Eldarqızı, Nərgiz Nasir, Nicat Şükürlü dəvət olunmuşdular. Sonda şagirdlərə imzalı kitablar hədiyyə olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi