MƏKTƏBİN 9A SİNİF ŞAGİRDLƏRİ ADNSU-NA EKSKURSİYA ETDİLƏR

18.04.2018-ci il tarixdə Suraxanı rayonu N.Salamov adına 97 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini və kimya müəllimi F.Haqverdiyevanın rəhbərliyi ilə 9a sinif şagirdlərinin ADNSU-na ekskursiyası təşkil edildi. Şagirdləri universitetin tərbiyə işləri üzrə prorektor A.Babayev qarşıladı. İlk öncə şagirdlər universitetin Tarix muzeyi, H.Əliyev lektoriyası və Minerologiya muzeyi, sonra isə universitetin kimya laboratoriyaları ilə tanış oldular. Yüksək molekullu birləşmələr və üzvi maddələrin kimyəvi texnologiyası laboratoriyasında dosent G.Əliyevanın rəhbərliyi ilə "Stirulun təmizlənməsi, yuyulması, qurudulması" işi, kimya və qeyri-üzvi maddələrin  kimyası laborantı dosent N.Cabbarova Cu(OH)2 və Fe(OH)3-ün alınması, Fe3+ -in keyfiyyət reaksiyası, kiçik vulkanın alınması, neft emalı laboratoriyasında neftin termiki krekinqi dosent N.Cəfərova Ekologiya laboratoriyasında "Çirkli suyun təmizlənməsi" işləri ilə tanış oldular. Sonda şagirdlər prorektor Ata müəllimlə görüşüb öz təəsüratlarını bölüşdülər, təşəkkürlərini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi