MƏKTƏBDƏ MƏKTƏBİN "KİÇİK AKADEMİYA"SININ İCLASI KEÇİRİLDİ

06.04.2018-ci il tarixdə Suraxanı rayonu N.Salamov adına 97 nömrəli tam orta məktəbdə "Kiçik Akademiya"nın iclası keçirildi. "Kiçik Akademiya"nın baş məsləhətçisi təlim-tərbiyə işləri üzrə direktor müavini S.Bunyatova tərəfindən "Kiçik Akademiya"ya yaradıcılıq və elmi tədqiqat işlərinə meyl və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin könüllü seçimi aparıldı. S.Bunyatova çıxışında müəllim və şagird kollektivini "Kiçik Akademiya" haqqında əsasnamənin ümumi müddəaları ilə tanış etdi. "Kiçik Akademiya"nın məqsədi şagirdlərin özünütəsdiqi və inkişafını təmin etmək, elmi-tədqiqat işi aparmağın yollarını öyrətmək, tədqiqat işinə maraq hissi aşılamaq, şagirdlərə öz bacarıqlarını nümayiş etdirmək imkanını verməkdən ibarətdir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi