MƏKTƏBDƏ "31 MART AZƏRBAYCANLILARIN SOYQIRIMININ 100-CÜ İLDÖNÜMÜ" İLƏ ƏLAQƏDAR "ƏSRƏ DAYANAN FACİƏ" ADLI TƏDBİR KEÇİRİLDİ

30.03.2018-ci il tarixdə Suraxanı rayonu N.Salamov adına 97 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini F.Haqverdiyevanın təşkilatçılığı ilə "31 mart azərbaycanlıların soyqırımının 100-cü ildönümü"nə həsr olunmuş "Əsrə dayanan faciə" adlı tədbir keçirildi. Tədbirdə ətraflı qeyd olundu ki, azərbaycanlıların kütləvi surətdə qırğını, represiyaya məruz qalması, doğma yurdlarından sürgün edilməsi,didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. Soyqırıma həsr olunmuş videoçarx nümayiş olundu.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi