MƏKTƏBİN 9A SİNİF ŞAGİRDLƏRİ "AZƏRSUN SƏNAYE PARKİ"NIN NƏZNİNDƏ AZƏRBAYCAN KAĞIZ VƏ KARTON İSTEHSALAT KOMBİNATINA EKSKURSİYASI

30.03.2018-ci il tarixdə Suraxanı rayonu N.Salamov adına 97 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini F.Haqverdiyevanın təşkilatçılığı, coğrafiya müəllimi S.Teymurovanın rəhbərliyi ilə 9a sinif rəhbəri H.Ağayev və şagirdləri "Azərsun Sənaye Parkı"nın nəznində Azərbaycan kağız və karton istehsalat kombinatına ekskursiyası təşkil edildi. Kombinatda istehsal prosesi dünya standartları və təcrübəsi əsasında həyata keçirilir. Kombinatın illik emal gücü 50 min tondur. Kombinatda 150 nəfər işlə təmin edilmişdir. Hesablamalara görə, müəssisənin fəaliyyəti nəticəsində ildə 850 min şam ağacının kəsilməsinin  və meşələrin məhv olmasının, həmçinin atmosferə xeyli miqdarda zərərli maddələrin buraxılmasının qarşısı alınacaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi