XOCALI FACİƏSİNİN 26-CI İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ "XOCALI HARAYI" ADLI TƏDBİR KEÇİRİLDİ

23.02.2018-ci il tarixdə Suraxanı rayonu N.Salamov adına 97 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini F.Haqverdiyevanın hazırladığı Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunmuş "Xocalı harayı" adlı tədbir keçirildi. Tədbirə qonaq qismində Suraxanı rayon veteran təşkilatının sədri Qarabağ müharibəsi veteranı  E.Rüstəmov, rəyasət heyətinin üzvi M.Bağırov, Əmircan veteranlar təşkilatının sədri T.Hüseynov, müharibə əlili Y.Oruczadə, Qarabağ müharibə veteranı Ə.Abbasov və V.Abbasov, şəhid N.Salamovun qardaşı N.Salamov və əmsi oğlu Z.Salamov iştirak edirdilər. Tədbirdə Xocalı faciəsindən bəhs edən videoçarx və slaydlar nümayiş etdirildi, şagirdlərimizin ifasında səhnəcik göstərildi, şeirlər səsləndirildi. Sonda qonaqlar çıxış edərək döyüş xatirələrindən danışdılar, şagirdlərə öz tövsiyyələrini verdilər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi