20 YANVAR FACİƏSİNİN 28-Cİ İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ "QANLI VƏ ŞANLI ŞƏNBƏ GECƏSİ" ADLI ƏDƏBİ-BƏDİİ GECƏ KEÇİRİLDİ

18.01.2018-ci il tarixdə Suraxanı rayonu N.Salamov adına 97№-li tam orta məktəbdə tərbiyə işləri üzrə direktor müavini F.Haqverdiyevanın rəhbərliyi ilə "Dram" dərnəyi rəhbəri Z.Məmmədhüseynova və musiqi müəllimi P.Məmmədhüseynovanın şagirdlərimizlə birgə hazırladıqları 20 yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş "Qanlı və Şanlı şənbə gecəsi" adlı ədəbi-bədii gecə keçirildi. Gecədə 20 yanvar faciəsini əks etdirən slayd və videoçarx nümayiş etdirildi. Şagirdlərimizin ifasında xalqımızın qəhrəmanlığını əks etdirən mahnılar oxundu,səhnəcik göstərildi və şeirlər söylənildi. Sonda məktəbin tərbiyə işləri üzrə direktor müavini F.Haqverdiyeva və direktor R.Niftəliyev 20 yanvar şəhidlərinin salnaməsindən danışdılar. 20 yanvar şahidləri kimi sovet dövlətinin hərb maşınnın həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi