“Ağ ölümün qara üzü” adlı narkomaniyaya həsr olunmuş tədbir keçirildi

    Günümüzün ən aktual mövzularından olan narkomaniya mövzusu 97 nömrəli tam orta məktəbin Uşaq Birliyi Təşkilatının daim xüsusi diqqət ayırdığı mövzulardandır. 15 dekabr 2017-ci il tarixdə 97 nömrəli tam orta məktəbdə Uşaq Birliyi Təşkilatı Rəhbəri Nərminə İsmayılovanın hazırladığı “Ağ ölümün qara üzü” adlı narkomaniyaya həsr olunmuş maarifləndirici tədbir keçirildi. Tədbirdə məktəbin Uşaq Birliyi Təşkilatının son üç ildə narkomaniyaya aid keçirdiyi tədbirlər haqqında hesabat xarakterli slayd təqdim olundu. Daha sonra məktəbin praktik psixoloqu Məhbubə Uğurluyeva narkomaniyanın sosial-psixoloji mahiyyəti haqda geniş məruzə etdi. Yuxarı sinif şagirdlərinin iştirakı ilə “Narkomaniyaya yox deyirik” adlı səhnə nümayiş etdirildi. Tədbirdə Anonim Narkoloji Müalicə-Məsləhət Kabinetinin həkim-narkoloqu Asif Kəngərli, Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndəsi, Uşaq Poliklinikasının həkimləri, Suraxanı rayon Gənclər İdarəsinin baş məsləhətçisi Elnarə Məmmədova və digər qonaqlar iştirak etdi. Məktəbin kitabxana müdiri Kəmalə Əliyeva və Tərbiyə işləri üzrə müavin Fəridə Haqverdiyeva çıxış edərək, fikirlərini və tövsiyələrini şagirdlərin diqqətinə çatdırdı.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi