“Sağlam həyat, sağlam gələcək naminə” adlı maarifləndirmə tədbiri keçirildi

1 dekabr 2017-ci il tarixində 97 nömrəli tam orta məktəbin Uşaq Birliyi Təşkilatı Rəhbəri və məktəbin praktik psixoloqu tərəfindən “Sağlam həyat, sağlam gələcək naminə” adlı maarifləndirmə tədbiri keçirildi. 1988-ci ildən etibarən hər il dekabr ayının 1-də “Ümumdünya QİÇS-lə mübarizə günü” qeyd edilir. Bu tarix qlobal pandemiya miqyasını almış İİV-infeksiyasına qarşı mübarizə məqsədilə təsis olunmuşdur. Uşaq Birliyi Təşkilatı Rəhbəri zərərli vərdişlərdən uzaq olmağın vacibliyini qeyd etdi, alkoqolizm, psixotrop maddələrin insan həyatında törətdiyi fəsadlardan danışdı. Məktəb psixoloqu QİÇS-in mahiyyətini, onunla mübarizə yollarını slayd vasitəsilə izah etdi. Tərbiyə işləri üzrə direktor müavini isə zərərli vərdişlərin getdikcə şagirdlərin tərbiyəsinə və davranışına da mənfi təsir göstərdiyini qeyd etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi