Təhsildə “keyfiyyət ili” çərçivəsində pedaqoji mühazirələr dinlənildi

    Təhsildə “keyfiyyət ili” çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil olunan pedaqoji mühazirə müsabiqəsinin 1 dekabr 2017-ci il tarixində  97 nömrəli tam orta məktəbdə müzakirəsi keçirildi. Uşaq Birliyi Təşkilatı Rəhbəri Nərminə İsmayılova “Şagirdlərin yaradıcı təfəkkürünün və tədqiqatçılıq qabiliyyətinin inkişaf etdirilməsi” adlı mühazirəsindən çıxarış edərək qeyd etdi ki, ümumtəhsil məktəblərində tədrisin keyfiyyət ölçülərindən biri də şagirdlərin fərdi yaradıcılıq və tədqiqatçılıq qabiliyyətinin inkişaf etdirilməsidir. Belə ki, əgər şagird ətraf mühitə, onu əhatə edən ictimai-siyasi hadisələrə, ən azı, tədris olunan fənnə fərdi şəkildə yanaşa bilirsə, bu, müəllimin tədrisdə qazandığı uğur hesab edilə bilər. Məktəb psixoloqu Məhbubə Uğurluyeva isə “Ümumtəhsil məktəblərində psixoloji xidmətin səmərəliliyinin artırılması” adlı məruzəsində bildirdi ki, məktəblərdə psixoloji mühitin yaradılması və psixoloji xidmətin düzgün qurulması təlim-tərbiyə prosesinin əsas hərəkətverici qüvvəsidir. Fənn müəllimlərinin də hər bir fənn üzrə ayrı-ayrılıqda pedaqoji mühazirəsi dinlənildi və müzakirə olundu.

    2017-2018-ci dərs ilində təşkil olunması nəzərdə tutulan pedaqoji mühazirələrin əsas məqsədi ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, yaradıcı müəllim və məktəb rəhbərlərini aşkara çıxarmaq, qabaqcıl təcrübə nümunələrini təbliğ etmək və perspektiv üçün inkişafyönlü təkliflər hazırlamaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi