“Ədəbiyyat” fənnindən açıq dərs təqdim olundu

1 dekabr 2017-ci il tarixində 97 nömrəli tam orta məktəbin dil-ədəbiyyat müəllimi Rəfiyeva Zivər tərəfindən “Ədəbiyyat” fənnindən açıq dərs təqdim olundu. Açıq dərs Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olundu. Dərsdə Molla Pənah Vaqifin həm ictimai-siyasi xadim kimi, həm də şair kimi fəaliyyəti geniş müzakirə olundu, şagirdlərin məruzələri dinlənildi. Məktəbin tərbiyə işləri üzrə direktor müavini Fəridə Haqverdiyeva qeyd etdi ki, şagirdlərin ədəbi biliklərinin artırılması onların məktəb tədbirlərində müstəqil şəkildə iştirakına səbəb olur. Uşaq Birliyi Təşkilatı Rəhbəri Nərminə İsmayılova qeyd etdi ki, ədəbiyyat estetik zövqü formalaşdırır, milli ədəbiyyat tarixinin keçdiyi çoxəsrlik inkişaf yolunun, tarixi və ədəbi şəxsiyyətlərin həyat və fəaliyyətinin sistemli şəkildə şagirdlərə mənimsədilməsi isə olduqca vacibdir. Məktəb psixoloqu Məhbubə Uğurluyeva isə bildirdi ki, dərs təşkilati mütəşəkkilliyi ilə seçilirdi, yüksək intizama əsaslanırdı və psixoloji cəhətdən tam idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi