"Gənclərin natiqlik bacarıqlarının artırılması" mövzusunda praktik təlim keçirildi

22 noyabr 2017-ci il tarixində Suraxanı rayon Gənclər Evində "Gənclərin natiqlik bacarıqlarının artırılması" mövzusunda praktik təlim keçirildi. Məktəbin yuxarı sinif şagirdləri təlimdə iştirak etdilər. Təlimdə aktiv iştirakına və natiqliq qabiliyyətinin üstünlüyünə görə 10A sinif şagirdi Hacıyeva Günel rayon məktəbliləri arasında fərqlənərək, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun sertifikatı ilə təltif olundu. Qeyd edək ki, 97 nömrəli tam orta məktəbin Uşaq Birliyi Təşkilatı Rəhbəri Nərminə İsmayılova mütəmadi olaraq şagirdlərlə "Nitq mədəniyyəti", "Jestlərin dili", "Şagirdlərdə natiqliq bacarıqlarının formalaşdırılması" mövzusunda praktik təlimlər keçir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi