"Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiya keçirildi

16-19 noyabr 2017-ci il tarixində "Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiya keçirildi. 97 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri təşkilatçı Fəridə Haqverdiyeva ilə birlikdə tur-aksiyada iştirak ediblər. Gəncə-Göygöl-Şəmkir istiqaməti üzrə səfər edən məktəblilər əvvəlcə Azərbaycanın ikinci ən böyük şəhəri – Gəncənin sosial-iqtisadi və mədəni həyatı ilə ətraflı tanış oldular. Müasir sənaye müəssisələri, turizm və sosial obyektləri, yaraşıqlı prospektləri, park və xiyabanları Gəncənin yeni xəritəsində əksini tapıb. Tur-aksiyanın iştirakçıları bu yeniliklərlə tanış olaraq, şəhərin tarixi məkanlarına - Cavadxan məqbərəsi, Cümə məscidi, Şah Abbas məscidi, Çökək hamam, Xan bağı, Qədim Qala divarları, “İmamzadə” kompleksi, Comərd Qəssab türbəsi, Nizami Gəncəvi məqbərəsinə ekskursiya etdilər, Şəmkir rayonunda “Orta əsr Şəmkir şəhəri”, “Abidələr” parkı, Alman kilsəsi, Göygöl rayonunda Alman kirxası, sonuncu alman Viktor Klaynın ev-muzeyi ilə tanış oldular, Hacıkənd qəsəbəsinə və Göygöl Milli Parkına səfər etdilər. Tur-aksiyanın proqramı təkcə bölgələrin sosial-iqtisadi, tarixi-mədəni həyatı ilə tanışlıqla bitəyib. Aksiyanın hər iki mərhələsində məktəblilərin asudə vaxtlarında “Nə? Harada? Nə vaxt?” intellektual oyunları keçirilərək, qaliblərə xatirə hədiyyələri təqdim edildi, onlar üçün teatr tamaşaları və konsert proqramları təşkil edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi