20 oktyabr-20 noyabr “Uşaq Hüquqları aylığı”dır

Hər il olduğu kimi, bu il də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə, ənənəvi olaraq, 20 oktyabr – 20 noyabr tarixlərində BMT-nin “Uşaq Hüquqları Konvensiyası”nın qəbul edilməsinin ildönümü ərəfəsində respublikamızda “Uşaq Hüquqları aylığı” elan edilir. Aylığın keçirilməsində məqsəd uşaqlara qayğı və diqqəti artırmaq, uşaq hüquqlarının demokratik və ədalətli mühitdə həyata keçirilməsi istiqamətində maarifləndirici iş görməkdir. 20 oktyabr – 20 noyabr 2017-ci il tarixində 97 nömrəli tam orta məktəbdə “Uşaq hüquqları aylığı” çərçivəsində Uşaq Birliyi Rəhbəri Nərminə İsmayılova tərəfindən silsilə tədbirlər təşkil edildi. Belə ki, aylıq çərçivəsində “Hüquqi dövlətdə uşaqlar” adı altında divar qəzetləri buraxılmış, “Uşaqları qoruyaq” başlıqlı guşə yaradılmışdır. 15 noyabr 2017-ci il tarixində məktəbin 8B sinfində Uşaq Birliyi Rəhbəri tərəfindən “Hüquqlarımı tanıyıram və qoruyuram” adlı disput keçirilmişdir. Şagirdlərin özünün hazırladıqları slayd və videotəqdimat onların mövzunu yaxşı mənimsəməsinin göstəricisi idi. Məktəbin praktik psixoloqu Məhbubə Uğurluyeva çıxış edərək uşaq hüquq və vəzifələrinin mahiyyətini psixoloji aspektdən şagirdlərə çatdırdı. Disputun sonunda tərbiyə işləri üzrə direktor müavini Fəridə Haqverdiyeva çıxış edərək, şagird hüquqları və şagird vəzifələrinin fərqli anlayışlar olduğunu izah edərək, vacib tövsiyələrini şagirdlərin diqqətinə çatdırdı. Məktəbin qabaqcıl müəllimi Samirə Bunyatova da uşaq hüquqlarının qorunmasında müəllim-valideyn-şagird birliyinin vacibliyini bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi