Fizikadan təqdimat dərs təqdim olundu

Oktyabr ayında 97 nömrəli tam orta məktəbdə fizika müəllimi Bunyatova Samirə məktəbin 9A sinfində “Müxtəlif mühitlərdə elektrik cərəyanı” mövzusunda təqdimat dərs keçmişdir. Dərsdə vaxt çox düzgün bölünmüş, vaxtdan səmərəli istifadə edilmişdir. Şagirdlərlə qruplar üzrə iş aparıldı, şagirdlərin fəallığı təmin olundu. Qiymətləndirmə demokratik və ədalətli aparıldı. Təqdimat dərsdən razı qalan məktəbin direktoru Rövşən Niftəliyev çıxış edərək qeyd etdi ki, “Samirə müəllimə dərsdə yeni fənn metodlarından istifadə etməklə, şagirdlərin təsəvvürlərini və biliklərini xeyli zənginləşdirdi.”

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi