21 avqust - 21 sentyabr "Sülh aylığı" çərçivəsində bir sıra tədbirlər keçirildi

21 avqust-21 sentyabr tarixləri “Sülh aylığı”dır. Nail Salamov adına 97 nömrəli tam orta məktəbin Uşaq Birliyi Təşkilatı Rəhbəri Nərminə İsmayılova tərəfindən bir sıra tədbirlər keçirildi. 21 sentyabr “Beynəlxalq Sülh günü”dür. BMT bu günü 1981-ci ildə təsis edib. Beynəlxalq Sülh günü BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında yerləşən “Sülh Zəngi”nin çalınması ilə başlayır. Yaponiya Parlamentinin hədiyyəsi olan bu zəngin üzərində “Yaşasın Mütləq Dünya Sülhü” sözləri yazılıb. Əbədi mövzu olan Sülh mövzusu bu gün torpaqlarının 20 faizi işğal altında olan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb edir. Təəssüf ki, ən sülhsevər xalqlardan biri olan, dünyanın ən tolerant ölkəsinin vətəndaşları olan azərbaycanlılar Ermənistanın ölkəmizə təcavüzü nəticəsində öz vətənlərində didərginə dönüblər, uzun illər ərzində qurduqları ev-eşiklərindən, topladıqları sərvətlərindən məhrum olublar. Sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, amansız müharibələrin, hər cür zorakılığın dayandırılması arzusu bütün tarix boyu bəşəriyyəti düşündürüb. Tədbirlər planına uyğun olaraq, aylıq çərçivəsində “Biz sülh istəyirik” mövzusunda guşə hazırlanmış, “Sülh və müharibə - şagirdlərin gözü ilə” rəsm sərgisi təşkil olunmuşdur. Bundan başqa, “Biz sülh istəyirik” mövzusunda inşa müsabiqəsi keçirildi. UBTR-in hazırladığı “Mən sülhə səs verirəm” tədbirində şagirdlərin ifasında şeirlər, mahnı və rəqslər, fləşmob təqdim olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi