Məktəblərdə “Bilik günü” qeyd olundu

Bu gün 15 sentyabr bütün məktəblərdə “Bilik günü” kimi qeyd olunur. Sentyabrın 15-i Azərbaycanın çoxmilyonlu təhsil ictimaiyyətinin bayramıdır. 2004-cü ilə qədər həmin gün sentyabrın 1-nə təsadüf edirdi. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə ölkəmizin bütün təhsil müəssisələrində dərslərin sentyabrın 15-dən başlanması qərara alınmış, beləliklə, həmin gün “Bilik Günü” elan edilmişdir. 97 nömrəli tam orta məktəb də bu gün öz birincilərini qəbul etdi, şagirdlərə və müəllim heyətinə yeni dərs ilində uğurlar və xoş arzular qeyd olundu. Bundan başqa, təhsil naziri Mikayıl Cabbarovun ümumi təhsil müəssisələrində 2017-2018-ci tədris ilinin ilk dərs məşğələsi haqqında əmrinə əsasən, ilk dərs "Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi