“Hüquqi dövlətdə multikulturalizmin, tolerantlığın Azərbaycan nümunəsi” adlı tədbir keçirildi

8 iyun 2017-ci ildə 97 nömrəli tam orta məktəbdə Uşaq Birliyi Təşkilatının Rəhbəri Nərminə İsmayılovanın hazırladığı “Hüquqi dövlətdə multikulturalizmin, tolerantlığın Azərbaycan nümunəsi”adlı tədbir keçirildi. Tədbirdə multikulturalizmin, tolerantlığın mahiyyəti şagirdlərin diqqətinə çatdırıldı. Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsinin əsaslarından, ölkənin qədim dövlətçilik tarixi və bu ənənələrin inkişafından danışıldı. Şagirdlər tərəfindən Azərbaycan multikulturalizminin siyasi əsaslarının yer aldığı Azərbaycan Respublikasının Konstitusiyasının bəndləri, qanunvericilik aktları, fərman və sərəncamları səsləndirildi. Daha sonra, dinlərin coğrafiyası, bütövlükdə dünya sivilizasiyasının, ayrı-ayrı ölkələrin və xalqların mədəniyyətləri, dinləri haqda məlumat verildi, qısa film nümayiş olundu. Dözümlülük, tolerantlıq, multikulturalizm və dəyərlərə hörmətin vacibliyi istiqamətində çağırış olundu. Videoçarx və slaydlarla multikulturalizmin, tolerantlığın Azərbaycanda inkişaf xronologiyasına nəzər salındı. Şagirdlərin ifasında müxtəlif xalqların mədəniyyətini təmsil edən rəqslər nümayiş olundu. Tədbirin sonunda məktəbin ictimai işlərində, tədbirlərində fəallıq göstərən şagirdlər mükafatlandırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi