"Əsrin fatehi" mövzusunda tədbir keçirildi

May ayının 5-də ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 94 illiyi ilə əlaqədar 97 nömrəli tam orta məktəbdə tərbiyə işləri üzrə müavin Fəridə Haqverdiyevanın təşkilatçılığı ilə Uşaq Birliyi Rəhbəri Nərminə İsmayılovanın hazırladığı "Əsrin fatehi" mövzusunda tədbir keçirildi. Tədbirdə bu dahi şəxsiyyətin ömür yoluna nəzər salındı, şagirdlərin ifasında şeirlər, mahnılar və ifalar səsləndirildi. Suraxanı məktəbləri arasında birinci yerə layiq görülmüş "Heydər Əliyev haqqında ən yaxşı təqdimat" nümayiş olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi