1 Mart - Ümumdünya Mülki Müdafiə Günüdür

1 Mart – Ümumdünya Mülki Müdafiə Günüdür. Bu məqsədlə, 97 nömrəli tam orta məktəbdə tərbiyə işləri üzrə direktor müavini Fəridə Haqverdiyevanın təşkilatçılığı, hərbi rəhbər və məktəbin fizika müəllimi Bunyatova Samirənin hazırlığı ilə tədbir keçirildi. Əhalinin mühafizəsi - Mülki Müdafiənin başlıca vəzifəsidir. Mühafizənin əsas üsul və vasitələri isə insanların mühafizə qurğularından istifadə qaydalarını bilməsi, təhlükəli yerlərdən köçürülüb az təhlükəli, yaxud təhlükəsiz yaşayış məntəqələrində yerləşdirilməsi, fərdi mühafizə vasitələrindən hamının istifadə etməsidir. Havadan basqın, zəhərlənmə və digər təhlükələr barədə vaxtında xəbərdarlıq, mühafizə üsul və qaydalarının əhaliyə öyrədilməsi də bu vəzifənin yerinə yetirilməsində vacib şərtdir. Bu günün hər il keçirilməsində məqsəd şagirdlərin diqqətini mülki müdafiənin vacibliyinə və həyati əhəmiyyətinə cəlb etmək, mülki müdafiə işçilərinin isə işini və fədakarlıqlarını lazımınca qiymətləndirməkdir. Tədbirdə dəvət olunan həkimlər fövqəladə hallar zamanı təxirəsalınmaz yardımın mahiyyətini izah etməklə, şagirdləri məlumatlandırdılar. Daha sonra, hərbi rəhbər əyani şəkildə təhlükəsizlik qaydalarını şagirdlərə izah etdi. Tədbirin sonunda təşkilatçı Fəridə Haqverdiyeva şagirdlərin mövzunu nə dərəcədə mənimsəməsini yoxlamaq məqsədilə onlarla sorğu-sual etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi