”Müasir dövrdə İslam dünyasında dini ekstremizmin yaranma səbəbləri və onun fəsadları” adlı maarifləndirici toplantı keçirildi

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Şəhər Gənclər və İdman İdarəsi və Suraxanı Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Suraxanı Gənclər Evində ”Müasir dövrdə İslam dünyasında dini ekstremizmin yaranma səbəbləri və onun fəsadları” adlı maarifləndirici toplantı keçirilmişdir. Rayon yeniyetmə və gənclərinin iştirakı ilə keçirilmiş tədbiri giriş sözü ilə Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov açıq elan etmiş və tədbirin mahiyyəti haqda iştirakçılara məlumat vermiş, daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Dinşünaslıq ekspertizası” şöbəsinin müdiri Nahid Məmmədov və şöbənin məsləhətçisi Əli Həziyev, Bakı Şəhər Gənclər və İdman İdarəsinin sektor müdiri Zamin Əhmədov çıxış edərək qeyd etdilər ki, din dəyərlər sistemi kimi bir çox funksiyalara malikdir. O cümlədən, cəmiyyətin idarə edilməsində dinin rolunun da danılmaz olduğunu bildirdilər. Daha sonra qeyd olundu ki, Azərbaycan dövləti formalaşmış din siyasətini təkcə daxildə həyata keçirməklə kifayətlənmir. Belə ki, bu gün Azərbaycan özünün tolerantlıq fəlsəfəsini dünyaya ixrac etməyi hədəfləmişdir. Eyni zamanda, sözügedən dəyərləri beynəlxalq aləmdə təşviq etmək məqsədi ilə BMT, YUNESKO, İSESKO, ATƏT və əhalisinin əksəriyyətinin müsəlman dövlətləri təşkil edən İslam Əməkdaşlıq Təşkilatı ilə sıx əməkdaşlıq edir. Bu baxımdan, Azərbaycanın vitse-prezidenti Mehriban xanım Əliyeva ölkə daxilində və xaricində böyük işlər görmüşdür. Heydər Əliyev Fondu isə bu sahədə “Tolerantlıq ünvanı - Azərbaycan!” layihəsi çərçivəsində nəhəng işlərə imza atmışdır. Nail Salamov adına 97 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri və Uşaq Birliyi Təşkilatı Rəhbəri də toplantıda iştirak edib. Toplantının sonunda gəncləri maraqlandıran suallar cavablandırılmış, mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi