“Xocalı faciəsi” anıldı

Xocalı faciəsinin 25 illiyi ilə əlaqədar, məktəbimizdə bir sıra tədbirlər keçirildi. 24 fevral 2017-ci il tarixində tərbiyə işləri üzrə direktor müavini Fəridə Haqverdiyevanın təşkilatçılığı və kitabxana müdiri Kəmalə Əliyevanın hazırladığı “Xocalı faciəsi”nə həsr olunmuş “Əsrin qanlı cinayəti” ı tədbir keçirildi. Tədbirdə bu faciəni əks etdirən tamaşa və geniş məlumatlar təqdim olundu, şagirdlərin ifasında şeirlər səsləndirildi. Dəvət olunan çoxsaylı qonaqlar fikirlərini bildirdi. Bundan başqa, faciəni əks etdirən rəsm müsabiqəsi keçirildi və divar qəzeti çap edildi. Müsabiqədə yer tutan şagirdlər tərbiyə işləri üzrə təşkilatçı Fəridə Haqverdiyeva tərəfindən diplomlarla mükafatlandırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi