8 NOYABR ZƏFƏR GÜNÜNƏ HƏSR OLUNMUŞ "ZƏFƏR ÇƏLƏNGİ" ADLI TƏDBİR KEÇİRİLİB

    Məktəbin təşkilatçısı Dilarə Seyidovanın rəhbərliyi ilə 8 Noyabr- Zəfər gününə həsr olunmuş "Zəfər çələngi" adlı tədbir keçirilmişdir. 60-dan çox şagirdin səhnə aldığı "Zəfər çələngi" adlı tədbirdə Suraxanı rayon YAP, Gənclər evi, Mədəniyyət mərkəzlərinin məsul şəxsləri qonaq kimi iştirak etdilər. 

    Məktəbin təşkilatçısı D.Seyidova 8 Noyabr Zəfər gününün tarixi əhəmiyyətinin böyüklüyünü bir daha vurğulamaq, yetişməkdə olan gənclərə daha ətraflı başa salmaq üçün xalqımızın keçdiyi son 200 illik tarixindən söhbət açıb, tarixi faktlar, tarixi həqiqətlərdən danışdı. 

    Tədbirdə şagirdlərin hazırladığı kompazisiyalar, hərbi parad qonaqların böyük marağına səbəb oldu. Musiqi və rəqs nömrələri səhnəyə xüsusi gözəllik qatırdı. Tədbirin sonunda bütün iştirakçılar bir nəfər kimi Vətən mövzusunda mahnı oxudular. 

    Məktəblilərin tədbirdə fəal iştirakını təmin etmək üçün təşkilatçı Dilarə Seyidova diplomlar, həvəsləndirici hədiyyələr, ümumilikdə isə dekor, dizayn, tədbir üçün bütün gərəkli prosedurları şəxsi vəsaiti hesabına təşkil etmişdi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi