15 MAY-BEYNƏLXALQ AİLƏ GÜNÜ ƏRƏFƏSİNDƏ KEÇİRİLƏN "MƏNİM AİLƏM" BAŞLIĞI ALTINDA TƏDBİR.

13.05.2024-cü il tarixində məktəbdə 15 may Beynəlxalq Ailə gününə həsr olunmuş "Mənim ailəm" adlı tədbir keçirildi. Tədbiri məktəbin uşaqlarla sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçısı təşkil etdi. O, tədbiri açıq elan edərək 15 may Beynəlxalq Ailə Gününün əhəmiyyətindən və tarixindən bəhs etdi. Təşkilatçı Azərbaycanda ailə prinsiplərinin əsasının Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunun və cənab prezident İlham Əliyev tərəfindən davam etdirildiyini vurğuladı. Məktəbin təşkilatçısı bir və ya hər iki valideynini itirmiş şagirdlərə qayğı, ailə sevgisini qismən də olsa, göstərmək üçün ümumtəhsil məktəbinin qarşısında qoyulan məqsədə nail olmaq üçün əyləncəli süfrə təqdim etdi. Tədbir həmin şagirdlərin marağına səbəb oldu.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi