"20 Yanvar – Ümumxalq Hüzn Günü"nə həsr edilmiş tədbir keçirildi

16 yanvar 2017-ci il tarixində tərbiyə işləri üzrə direktor müavini, hərbi rəhbər, kitabxanaçı, 8a sinfinin sinif rəhbəri, 8a və 10a sinif şagirdləri 20 Yanvar şəhidlərinin anım günü münasibətilə "Şəhidlər xiyabanı"nı ziyarət etdilər. 18 yanvar 2017-ci ildə tərbiyə işləri üzrə direktor müavininin təşkilatçılığı ilə musiqi müəllimi, kitabxanaçı, 7a, 7b, 8a və 10a sinif şagirdləri "20 yanvar - azadlığa gedən yolun zirvəsi" mövzusunda ədəbi-bədii kompozisiya keçirdi. Sənədli film nümayiş etdirildi. Məktəbdə "20 yanvar - xalqımızın qəhrəmanlıq salnaməsidir" adlı rəsm sərgisi təşkil edildi. "20 yanvar sınağı - Azərbaycançılıq nümunəsi" mövzusunda kitabxanaçı, 4a sinif rəhbəri və şagirdləri dəyirmi masa keçirdi. Yanvarın 19-da ilk dərslər "20 yanvar–Ümumxalq Hüzn Günü"nə həsr edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi