"6A VƏ 7B SİNİF ŞAGİRDLƏRİ EKSKURSİYADA"

“Təsviri incəsənət” aylığı çərçivəsində 19.04.2023-cü il məktəbin təşkilatçısı Dilarə Seyidova, məktəbin təsviri incəsənət müəllimi İradə Nərimanova ilə birlikdə 6A və 7B sinif şagirdləri  Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri, Azərbaycan SSR xalq rəssamı Səttar Bəhlulzadənin məzarını ziyarət ediblər.Fənn müəllimi,məktəbin təşkilatçısı və şagirdlər rəssamın məzarı önünə çiçəklər düzüb, xalq rəssamına hörmət və ehtiramını bildiriblər. Daha sonra ziyarətçilər Azərbaycan şairi, Azərbaycanın əməkdar incəsənət xadimi Tofiq Bayramın xatirəsini ehtiramla anaraq, məzarı üzərinə güllər düzüb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi