DÜNYA BİZİM EVİMİZDİR

 Mayın 17- də Nail Salamov adına 97 nömrəli məktəbdə təşkilatçı Dilarə Seyidova və rəsm müəllimi Kəmalə  Əliyevanın  rəhbərliyi ilə "Yaşıl Dünya naminə həmrəylik ili"çərçivəsində " Dünya bizim evimizdir" başlığı altında məktəbin giriş foyesində sərgi- tədbir təşkil olundu. Tədbir- sərgidə yaşıl guşə, şagirdlərin tullantılardan hazırladıqları əl işləri, rəsm dərnəyi üzvlərinin təbiətin ecazkar gözəlliyinə həsr olunmuş rəsmləri təqdim olundu. Şagirdlərin diqqətini müxtəlif gül növləri, rəsm əsərləri cəlb etdi. Şagirdlərin tullantılardan hazırladıqları əl işləri  ölkəmizin sosial - iqtisadi inkişaf prioritetlərindən olan" Təmiz ətraf mühit və yaşıl zona ölkəsi" nin mahiyyətinə uyğun idi.Təşkilatçı BMT - nın iqlim dəşmələri üzrə Çərçivə Konvepsiyasının Tərəflər Konfransının- COP 29- un növbəti görüşünün 2024 - cü ilin noyabr ayının 11- dən 22- nə kimi baş tutacaq görüşündən bəhs edərək vurğuladı ki, bu qərar beynəlxalq aləmdə Azərbaycan dövlətinə , onun gücünə etimadın nəticəsidir.

Şagirdlər birlikdə :
"Dünya bizim evimizdir, 
Gəlin onu qoruyaq.
Biz sevgini , mərhəməti 
Yer üzünə paylaq !"
misralarını oxudular...

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi