"Hər damla qan - xilas edilən bir can" - talassemiyalı uşaqlara dəstək aksiyası

Noyabr ayında 97 nömrəli tam orta məktəbdə Uşaq Birliyi Təşkilatı Rəhbəri və tərbiyə işləri üzrə direktor müavininin təşkilatçılığı ilə talassemiyalı xəstələrə dəstək məqsədi ilə "Hər damla qan - xilas edilən bir can tədbiri keçirilmişdir. Tədbirdə irsi xəstəlik olan talassemiyanın mahiyyətindən, profilaktikasından danışılıb. Talassemiya daşıyıcısı olan uşaqların valideynləri şagird və müəllim kollektivi ilə öz təcrübələrini bölüşüb. İcra nümayəndəliyi, Uşaq Poliklinikası və bir sıra məktəb direktorlarının da iştirak etdiyi xeyriyyə tədbirində toplanan ianə rəhbərlik tərəfindən talassemiya xəstəliyi olan uşaqların valideynlərinə təqdim olunub.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi