"2A SİNFİNDƏ TƏDBİR KEÇİRİLDİ"

17.02.2023-cü il tarixində ibtidai siniflərdə Azərbaycan dili fənn aylığı çərçivəsində 2a sinfində "21 fevral  Beynəlxalq  Ana dili günüdür" adlı tədbir keçirildi. AR Dövlət Himni səsləndirildi.Sinif rəhbəri Gültəkin Əliyeva mövzu ilə bağlı məlumat verdi.Doğma dilimizə aid şeirlər,aforizmlər,atalar sözləri söylədilər.Q.Vilayət və B.Mədinənin ifasında H.Cavidin "Qızlar məktəbində"şeri hamı tərəfindən alqışlandı.Tədbir ölməz sənətkarımız Yalçın Rzazadənin ifasında "Şirin dil" mahnısı ilə tamamlandı.Tədbirdə məktəbin direktoru Nigar Hüseynova,təlim-tərbiyə işləri üzrə direktor müavini Fəridə Haqverdiyeva, təşkilatçı Dilarə Seyidova iştirak etdilər. Tədbirlə bağlı öz müsbət fikirlərini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi