2A SİNFİNDƏ 20 YANVARA HƏSR OLUNMUŞ "20 YANVAR QAN YADDAŞIMIZ" ADLI TƏDBİR KEÇİRİLDİ

19.01.2023-cü il tarixdə 2a sinfində 20 Yanvar faciəsinə həsr olunmuş "20 Yanvar Qan yaddaşımız" adlı "tədbir" keçirildi. Azərbaycan Respublikasının himni səsləndirildi. Vətənin azadlığı uğrunda canını qurban verən şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Qanlı Yanvarı əks etdirən foto-sərgi, faciəyə aid bədii kitablar nümayiş olundu.Sinif rəhbəri Gültəkin Əliyeva və təşkilatçı müavin Dilarə Seyidova 33 il əvvəl baş vermiş hadisə, onun tarixi əhəmiyyəti barədə ətraflı məlumat verdilər.Şagirdlər duyğulu şeir parçaları söylədilər.Tədbir İsrafilova Nurayın ifasında "Ana can" mahnısı ilə başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi