2A SİNFİNDƏ LAYİHƏ DƏRS KEÇİRİLDİ

23.12.2022-ci il tarixində ibtidai siniflərdə həyat bilgisi fənn aylığı çərçivəsində 2a sinfində "Zəfər çələngi" adlı "layihə dərs" keçirildi. Dərs Azərbaycan Respublikasının  Dövlət Himni səsləndirilməsi ilə başladı. Görüləcək işlər haqqında şagirdlər məlumatlandırıldılar. Onlar Cavanşir Quliyevin "Azərbaycan əsgəri" mahnısını ifa etdilər. Qruplar "Zəfər çələngi" adlı divar qəzeti hazırladılar. Təqdimatlar edildi. Layihə dərsdə məktəbin direktoru Nigar Hüseynova, təlim-tərbiyə işləri üzrə direktor müavini Fəridə Haqverdiyeva və təşkilatçı Dilarə Seyidova iştirak etdilər. Təqdimatlar haqda öz müsbət fikirlərini irəli sürdülər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi