12 DEKABR ULU ÖNDƏRƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLDİ

12.12.2022-ci il tarixində məktəbin tarix müəllimi Babayeva Fərqanənin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin Anın günü ilə bağlı "tədbir" keçirildi.Tədbirdə məktəbin şagird və  müəllim kollektivi,təlim- tərbiyə işləri üzrə direktor müavini Fəridə Haqverdiyeva, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Dilarə Seyidova iştirak edirdi.Tədbir Azərbaycan Respublikasının Dövlət Himni, Ulu Öndər və Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutu ilə başladı.Çıxış edən Dilarə Seyidovanın Heydər Əliyevin Azərbaycan tarixindəki rolundan bəhs edən geniş məruzəsi dinlənildi. Ardınca Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən videoçarxlar nümayiş etdirildi. Sonda 2a sinif şagirdləri "Ulu Öndər" şeirini səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi