“Narkomaniyaya yox deyək” adlı tədbir keçirildi

2 dekabr 2016-cı ildə 97 nömrəli tam orta məktəbin Uşaq Birliyi Təşkilatı Rəhbəri Nərminə İsmayılovanın təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək” adlı tədbir keçirildi. Tədbirdə narkomaniyanın mahiyyəti, “ağ ölüm”dən uzaq olmanın psixoloji və sosioloji istiqamətləri slaydlar və təqdimatlar vasitəsilə şagirdlərin diqqətinə çatdırılmışdır. Tədbirin sonunda yuxarı sinif şagirdlərinin təqdimatında “Narkomaniyaya yox deyək” adlı tamaşa nümayiş olunub. Qonaq qismində iştirak edən Suraxanı YAP Gənclər Təşkilatının sədri Kənan Kərimov və Yeni Azərbaycan Partiyasının təlimatçısı Turan Əhmədov dəyərli fikirləri və tövsiyələrini şagirdlərlə bölüşüb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi