"ŞUŞA İLİ İLƏ BAĞLI XARIBÜLBÜL TƏDBİRİ KEÇİRİLDİ"

12.05.2022-ci il tarixində məktəbimizdə “Şuşa ili” ilə bağlı tədbirlər planı çərçivəsində “Xarı bülbül” adlı tədbir keçirildi. Tədbirdə YAP Suraxanı təşkilatının sədr müavini Salman  Əbdülov, Suraxanı rayon Heydər Əliyev  Mərkəzinin direktor əvəzi Firəngiz Məlikbəyli, Suraxanı Gənclər Evi-Sosial Xidmət Müəssisəsinin direktoru Natavan Rüstəmova, Suraxanı Gənclər Evi-Sosial Xidmət Müəssisəsinin dərnək rəhbəri Gülnarə Quliyeva, Suraxanı rayon 3№-li uşaq-gənclər inkişaf mərkəzinin nümayəndəsi Nuranə Hüseynova, məktəbimizin məzunu olmuş qaziləri- Abbasov Südeyif Vaqif oğlu və Əliyev Sərxan İlqar oğlu iştirak etdilər. Babayeva Fərqanə və Kərimova Şəbnəmin təşkilatçılğı ilə keçirilən tədbirdə məktəbimizin şagirdləri şeir, mahnı, rəqs və səhnəciklərlə çıxış etdilər. Tədbirdə həmçinin “Azad” rəqs qrupu da çıxış etdi. Sonda məktəbimizin direktoru Nigar xanım Hüseynovaya söz verildi. Nigar xanım çıxış edərək qonaqları salamladı və tədbir haqqında fikirlərini bildirdi. O, məktəbin ictimai işlərində fəal olan şagirdləri  təşəkkürnamə ilə təltif etdi və sonda qonaqlara söz verdi. Qonaqların hər biri çıxış edərək tədbir haqqında müsbət rəylərini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi