MƏKTƏBDƏ "ŞANLI ZƏFƏR" ADLI TƏDBİR KEÇİRİLDİ

04.11.2021-ci il tarixində məktəbimizdə "Şanlı Zəfər" adlı tədbir keçirildi. Tədbirdə məktəbimizdə təhsil almış qazilər, müharibə iştirakçıları və məktəbə adı verilən şəhid Nail Salamovun ailə üzvləri iştirak etdilər. Tədbiri giriş sözü ilə tərbiyə işləri üzrə direktor müavini Fəridə Haqverdiyeva açdı. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Bayrağı təntənəli surətdə səhnəyə gətirildi. Tədbir 2a, 5a, 6a , 8a və 9a sinif şagirdlərinin çıxışları ilə davam etdirildi. Sonra məktəbin direktoru Nigar xanım Hüseynova çıxış edərək Zəfər günü ilə bağlı təəssüratlarını bölüşdü və sözü qonaqlara verdi. Qazilər və müharibə iştirakçıları çıxış edərək keçdikləri döyüş yolu, Zəfər tariximiz haqqında fikirlərini bölüşdülər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi