"Son Zəng"

2025-ci ilin iyun ayının 14-də məktəbimizdə ənənəvi "Son Zəng"tədbiri keçirilib.Tədbirdə məktəb rəhbəri,pedaqoji kollektiv, şagirdlər və valideynlər iştirak edib.Bayram ab-havasında olan tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Torpaqlarımız uğrunda şəhid olan igid oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəbin direktoru Xalidə İbrahimova məzunlara gələcək həyatlarında uğurlar arzulayıb ,onlara Vətənə layiqli vətəndaş kimi xidmət etməyi tövsiyə edib. Daha sonra director müavinləri, XI siniflərin sinif rəhbərləri və valideynlər çıxış edərək məzunlarımıza uğurlar arzuladılar. Tədbir şagirdlərin hazırladıqları musiqili kompozisiyalar, rəqs nümunələri ilə davam edib.Məktəbin məzunları müəllimlərinə təşəkkürlərini bildirərək məktəblə vidalaşmanın sevinc və kədərini bölüşüblər.Sonda simvolik olaraq "Son Zəng"səslənib və şagirdlər gələcək arzularını səsləndirdilər.

 

 

 

 

 

 

 

 

 

 

 

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi