Əbədiyyət qazanan Şəhid ömrü Cavid Bayramov

Vətən Müharibəsində Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsində qəhrəmanlıq göstərmiş və şəhadət məqamına yüksəlmiş hərbçilərindən biri də əsgər Bayramov Cavid Azər oğludur.

Cavid Bayramov 29 iyun 1997-ci il tarixində Bakı şəhərində anadan olub.

Şəhidimiz Cavid Bayramov orta təhsilini 93 N-li məktəbdə almış.,Məzun olduqdan sonra Azərbaycan Texniki Universitetinin Nəqliyyat və Logistika fakültəsinə qəbul olmuş və ali təhsilini bitirdikdən sonra hərbi xidmətə çağırılmış.Vətənə xidməti vəzifəsini layiqincə yerinə yetirən hərbiçimiz evə qayıdır. 27Sentyabr 2020-ci il tarixdə başlayan Vətən müharibəsi zamanı könüllü olaraq döyüşlərə qatılan C.Bayramov 08 oktyabr 2020-ci il tarixdə Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olub.

Bu gün məktəbimizdə dərslərin birinci saatlarını Şəhidimiz Cavid Bayramova həs edərək bir dəqiqəlik sükutla yad etdik. IX b sinifində tarix müəllimi M. Eyvazova dərsini Cavid Bayramova həsr etdi.Mətanət müəlimə Cavid Bayramov kimi İgid Qəhrəman Şəhid və Qazilərimizin sücaətindən danışdı. Allah cəmi Şəhidlərimizə rəhmət eləsin ruhları qarşısında baş əyirik, Qazilərimizə Allahdan şəfa diləyirik.

Allah valideynlərinə səbr versin.

Şəhidlərimiz bizim and yerimizdir!

Şəhidlərimiz və Qazilərimiz heç bir zaman unudulmayacaq və unutmayacağıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi