Sağlam gələcək naminə erkən nikaha yox deyək

“Sağlam gələcək naminə erkən nikaha yox deyək”  mövzusunda onlayn

toplantı keçirildi .

Toplantıda məktəbinTİÜDM-ni Y.Səmədova,məktəbin tarix müəllimləri M.Eyvazova , V.Rəhimova və X-XIsinfin şagirdləri iştirak etdilər.

İştirakçılardan erkən yaşda nikaha daxil olmanın sosial problem kimi aktual mövzulardan biri olduğunu bildirdilər,  birmənalı olaraq  yetkinlik yaşına çatmayan qızların məcburən nikaha daxilolma halların valideyn tərəfindən uşağa qarşı törədilən zorakılıq olduğunu söylədilər.  Vurğulandı ki, qızlarını erkən yaşda ərə verən ailələr bunu çox vaxt maddi çətinliklə bağlayırlar. Belə  hallar isə  sonunda fəsadlarla nəticələnir, Valideynin uşaqlarının erkən yaşda ailə qurmaqlarını yolun başlanğıcında sanki xoşbəxt görürlər. Aylar keçməmiş yolun sonunu isə bağışlanılmayan faciələrlə tamamlandığını görür və peşmançılığını çəkirlər.Biz müəllimlər həmişə belə ailələrlə tez- tez görüşlər təşkil edib onları maarifləndirdikdə uşaqların xoşbəxt olmaqlarılə bərabər sağlam olduqlarının da şahidi olarıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi