Ana dilim şirindir

21.02.2020- ci il tarixində məktəbimizdə Beynəlxalq Ana dili Günü münasibətilə tədbir keçirildi. Tədbirdə məktəbin direktoru, müəllim və şagird kollektivi iştirak edirdi.Tədbir iştirakçıları şagirdlərin ifasında ana dili və vətənpərvərlik mövzusunda mahnı və şeirləri dinlədilər, maraqli səhnəciklərə və gözəl rəqslərə tamaşa etdilər. Məktəbimizin direktoru Xalidə müəllimə şagirdlərimizin yüksək səviyyədə çıxışlarını bəyəndi və onlara uğurlar arzuladı.Tədris işləri üzrə direktor müavini Şəfa müəllimə də şagirdlərə öz təşəkkürünü bildirdi. Dil-ədəbiyyat müəllimlərindən Tamara müəllimə və Balış müəllimə ana dili mövzusunda çıxış etdilər.Tədbir “Ana dilim”mahnısı ilə başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi