Həsən bəy Zərdabi adına Təbiət Tarixi muzeyi

Məktəbin 6 c sinif şagirdləri sinif rəhbəri Fərqanə Qurbanovanın rəhbərliyi ilə "Həsən bəy Zərdabi adına Təbiət Tarixi muzeyi"ə ekskursiya etmişlər.

1930-cu ildə yaradılmış Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya institutuna mənsub muzey, Azərbaycanın görkəmli ziyalısı Həsən bəy Zərdabinin adını daşıyır. Muzey zoologiya, paleontologiya və geologiya bölmələrindən ibarətdir. Təbiət Tarixi Muzeyi mədəni keçmişimizin ən qürurverici və dəyərli bölmələrindən biridir.

Muzeydəki eksponatlar əsasən paleontoloji və zooloji nümunələr bölməsindən ibarətdir ki, bu da muzeyin keçmişini əks etdirir. Muzeyin bir yarısı, əsasən Azərbaycan ərazisindən tapılan fosilləri və mineral daşları nümayiş etdirir. Paleontologiya bölməsi nadir eksponatları ilə şagirdlərin böyük marağına səbəb olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi