Pedaqoji Şura

     Məktəbdə Pedaqoji Şuranın iş planına uyğun olaraq növbəti iclası keçirilmişdir. İclası açıq elan edən məktəbin direktoru Arzu Nəzərova çıxış edərək I yarımilin yekunlarına dair hesabat və II yarımildə qarşıda duran vəzifələri iclas iştirakçılarına bildirmisdir.

Pedaqoji şurada aşağıdakı məsələlər də müzakirə olunmuşdur:

-Təhsilalanlar arasında risk qrupuna daxil olanların müəyyənləşdirilməsi, məktəb psixoloqunun onlarla apardığı işin gücləndirilməsi;

-Təhlükəsizliyi təmin etmək üçün nəzarətin, növbətçiliyin gücləndirilməsi;

-Şagirdlərin qadağan olunmuş əşyaları məktəbə gətirməmələri ilə bağlı nəzarətin gücləndirilməsi; -Müəllimlər və şagirdlərlə psixoloji maaarifləndirmə işinin gücləndirilməsi;

-Valideynlərlə işin artırılması;

- Sinif rəhbərlərinin vəzifə öhdəlikləri ilə bağlı işinə nəzarətin artırılması və etik davranış qaydalarına görə müəllimlər arasında rəğbətləndirmə tədbirlərinin tətbiq olunması;

-Fövqəladə hallarla bağlı təhlükəsizlik qaydalarına riayət edilməsinə dair tədbirlərin keçirilməsi;

Sonda təhsilin keyfiyyətinin artırılması istiqamətində görüləcək işlər, dərsə davamiyyət, keçirilmiş monitorinqlərin nəticələri haqqında müzakirələr aparılmış, müəllimlərə müəyyən tövsiyələr verilmişdir.

#PedaqojiŞuraİclası

#91məktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi