“Ekoloji mədəniyyət və incəsənət. Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası” aylığı

Məktəbimizdə “Ekoloji mədəniyyət və incəsənət. Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası” mövzusu ətrafında araşdırma, fəaliyyət və müxtəlif məzmunlu tədbirlərin həyata keçirilməsi istiqamətində işlərə start verildi. Şagirdlərimiz bu ay ərzində Azərbaycanın qədim tarixi və etnoqrafiyası ətrafında araşdırmalarda fəal iştirak edirlər. Bu məqsədlə məktəbdə Azərbaycanın qədim xalçalarının təsviri olan stend hazırlanmışdır. Stenddə Azərbaycan xalçalarının qədimliyi, naxışları, bu naxışların mənalarını izah edən şəkillər təsvir olunmuşdur. Xalçaların çalarları və rəngləri haqqında məruzələr və referatlar hazırlanmışdır. Digər stenddə Qarabağ, Şamaxı və Lahıc haqqında geniş məlumatlar verilmişdir. İşğal altında olan Qarabağımızın qədim tikililəri, memarlıq abidələri, arxeoloji qazıntılar zamanı tapılan qədim əşyalar və s. şagirdlərimizin hazırladıqları referat və məruzələrində nümayiş olunmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi