VIII və IX sinif şagirdlərinin iştirakı ilə "Breyn – rinq" keçirildi

Noyabrın 29-da “Məktəblinin dostu”nun təşəbbüsünə əsasən “Məktəblinin dostu” və məktəb rəhbərliyinin birgə təşkilatçılığı ilə VIII və IX sinif şagirdlərinin iştirakı ilə "Breyn – rinq" keçirildi. "Breyn – rinq"də hər biri 6 nəfər olmaqla 9 komanda iştirak ediridi. "Breyn – rinq"in sualları şagirdlərin ümumi dünyagörüşünü müəyyənləşdirən 24 sualdan ibarət idi. Tədbir iki mərhələ üzrə keçirildi. 9 “A” sinfinin şagirdləri birinci yeri tutdular. Komandanın hər bir üzvü isə sertifikatla mükafatlandırıldılar.